“Liverpul”da yeni müqavilə

İngiltərə çempionu “Liverpul” 19 yaşlı futbolçusu Neko Uilyamsla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Qırmızılar”ın öz yetirməsi olan sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

Uelsin U-19 yığmasının üzvü olan Uilyams, 2019-cu ilin oktyabrında “Liverpul”un əsas komandasında debüt edib. O, indiyə qədər əsas komandada 6-sı Premyer Liqada olmaqla 11 rəsmi oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button