“Liverpul”da yeni müqavilə

İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Aleks Oksleyd-Çembeyleynlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Amma 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

“Sauthempton”un yetirməsi olan Aleks, 2011-ci ildə “Arsenal”a transfer olunub. London klubundakı 6 illik macəradan sonra o, 38 milyon avroya “Liverpul”a keçib. İngilis futbolçu bu komandada 47 oyuna çıxıb, 5 qola imza atıb.