“Liverpul”da yanvar ayının ən yaxşı futbolçusu

İngiltərənin “Liverpul” klubunda yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, “qırmızılar”ın hücumçusu Məhəmməd Salahdır. Bu barədə klubun saytı məlumat yayıb.

Misirli futbolçu yanvar ayında “Liverpul”un heyətində keçirdiyi 5 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Salah bu mükafat uğrunda mübarizədə Cordan Henderson və Alisson Bekkeri qabaqlayıb. O, mövsümdə ikinci dəfə bu mükafata sahib çıxıb. 27 yaşlı futbolçu avqust ayında da Mersisayd klubunun ən yaxşı futbolçusu seçilmişdi.