“Liverpul”da mövsümün ən yaxşısı açıqlandı

“Liverpul” klubunun 2019/20 mövsümündə ən yaxşı futbolçusu açıqlanıb.

Komanda.az “qırmızılar”ın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermə nəticəsində kapitan Cordan Henderson hamını qabaqlayaraq, mövsümün ən yaxşısı adına layiq görülüb.

Sadio Mane sorğuda ikinci, Trent Aleksander-Arnold isə üçüncü olub.

Xatırladaq ki, 30 yaşlı futbolçu 2019/20 mövsümündə İngiltərə Premyer Liqasının, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub. Henderson geridə qalan mövsümdə meydana çıxdığı 40 oyunda 4 qola imza atıb.