“Liverpul”da itki – Superkubok matçında olmayacaq

İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin qapıçısı Alisson Bekker zədələnib. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp klubun saytına açıqlamasında deyib. O, Premyer Liqanın ilk turunun “Norviç”lə matçında (4:1) zədələnən Alissonun UEFA superkuboku matçında iştirak etməyəcəyini deyib.

“Liverpul”la “Çelsi” arasında keçiriləcək UEFA superkuboku matçı avqustun 14-də, saat 23:00-da start götürəcək.