“Liverpul”da fevralın ən yaxşısı bilindi

“Liverpul”da fevral ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, Trent-Aleksandr Arnolddur. Bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu komandanın fevralda keçirdiyi 6 oyunun 5-də start heyətində meydana çıxıb. Arnold cari mövsümdə ikinci dəfə bu mükafata layiq görülür. O, dekabrda da “qırmızılar”ın heyətində ən yaxşı futbolçu seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button