“Liverpul”da itki

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində “Brayton”la 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul” itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızılar”ın futbolçusu Ceyms Milner sıradan çıxıb. Oyunun 74-cü dəqiqəsində zədələnən yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun əzələsindən zədə aldığı bildirilir.

34 yaşlı futbolçunun son vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.