“Liverpul”da ciddi itki

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vulverhempton”a 2:1 hesabı ilə qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızılar”ın hücumçusu Sadio Mane zədələnərək, meydanı erkən tərk edib. Oyunun 33-cü dəqiqəsində Takumi Minamino ilə əvəzlənən seneqallı futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:

“Zədənin dəqiq nə olduğunu bilmirik. Problem əzələdədir. Hazırda Manenin vəziyyətini bilmirik, tibbi müayinəni gözləməliyik”.