“Liverpul”da 5000-ci qol

“Liverpul” İngiltərə Premyer Liqasının 33-cü turunda “Sauthempton”u 3:1 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “Liverpul” İngiltərə çempionatları tarixində 5000-ci qolu buraxıb.

“Sauthempton”un hücumçusu Şeyn Lonq 9-cu dəqiqədə “Liverpul”un qapısına yol tapıb. Bu, Mersisayd təmsilçisinin qapısında gördüyü 5000-ci qolla əlamətdar olub.

“Liverpul”un İngiltərə çempionatları tarixində buraxdığı ilk qol isə 125 il əvvəl olub. 1894-cü ilin sentyabrında “Blekbern”lə qarşılaşan “Liverpul”un qapısından ilk topu Kumb Holl keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button