Qayıdırlar

İngiltərənin “Liverpul” klubunun futbolçusu Fabinyo zədəsini sağaldıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Napoli” ilə Çempionlar Liqası oyununda zədələnən 26 yaşlı yarımmüdafiəçi məşqlərə başlayıb:

“Zədəm sağalır, bu həftə fərdi məşq etmişəm. Özümü yaxşı və inamlı hiss edirəm”.

Mersisayd klubunun digər iki zədəli futbolçusu – Joel Matip və Deyan Lovren də zədələrini sağaldıblar. Onlar Premyer Liqanın növbəti turunda keçiriləcək “Mançester Yunayted”lə oyunun hazırlığı üçün komandaya qoşulacaqlar.