“Liverpul”a gələndə bilirdim ki…” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə mətbuatına maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, Premyer Liqada “Mançester Siti” ilə apardıqları çempionluq yarışı haqda danışıb:

“Liverpul” xal itirəndə digər klubların azarkeşləri çox sevinir. Bu, normal haldır və bizim üçün problem deyil. “Liverpul”a gələndə bilirdim ki, qarşımızda uzun və çətin bir yol var. Yaxşı şeylər edirik, ancaq uğurlar hələ bizimlə deyil.

Nə olur olsun, bu mövsümü bizim üçün uğurlu sayıram, düşünürəm ki, azarkeşlər də mənimlə eyni düşüncədədir. Mövsümün əvvəlində çempion olmaq istəyirdik. Ancaq müvəffəqiyyətsizlik yaşadığınızı başa düşəndə üzülürsüz. Əlimizdən gələni etməyə çalışacağıq”.

“Liverpul” Premyer Liqada 37 turdan sonra 94 xalla liderdir. 92 xalla ikinci pillədə olan “Mançester Siti”nin isə ehtiyatda bir oyunu var. “Şəhərlilər” bu gün, saat 23:00-da “Lester”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button