Müdafiəsi çökən “Liverpul”la bağlı yeni iddia

“Liverpul” klubu qışda müdafiəçi transfer etməyəcək.

Komanda.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Komandanın müdafiə xəttində problemlər olsa da, yeni müdafiəçi alınmayacaq. Məşqçilər heyəti bu problemi komandada olan futbolçular vasitəsilə həll etmək istəyir.

Son vaxtlar komandada zədəlilərin sayı çoxdur. Vircil van Daykın uzun müddətə sıradan çıxmasından sonra Fabinyo, Co Qomes, Joel Matip, Trent Aleksander-Arnold və Endi Robertson da zədələnib.

“Liverpul”un qış transfer pəncərəsi dövründə “Napoli”nin futbolçusu Xalidu Kulibalini heyətinə qatacağı deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button