“Liverpul” yeni transferini rəsmən açıqladı

“Liverpul” klubu “Aberdin”in futbolçusu Kalvin Remsinin transferini açıqlayıb.

Komanda.az klubun rəsmi saytına xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Liverpul” Remsi üçün Şotlandiya təmsilçisinə 6,5 milyon funt-sterlinq təzminat ödəyəcək.  

Şotlandiyalı futbolçu ötən mövsüm “Aberdin”in heyətində 33 oyuna çıxıb, 1 qol vurub və 9 qol ötürməsi verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button