“Liverpul” yeni qapıçı aldı

İngiltərə çempionu “Liverpul” heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi Braziliya “Fluminense” klubunun qapıçısı Marselo Pitaluqanı transfer edib.

Bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. 18 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bu transfer üçün “Liverpul”un Braziliya klubuna 750 min avro ödədiyi bildirilib.

Qeyd edək ki, Marselo Pitaluqa 2019-cu ildə Braziliyanın U-17 komandası ilə dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button