“Liverpul” təxirə salınmış matçdan qalib ayrıldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Liverpul” səfərdə “Aston Villa” ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı oyun “Liverpul”un qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində “qırmızılar”ın lider “Mançester Siti” ilə xalları bərabərləşib – 86. Lakin ehtiyatda da bir oyunu olan mançesterlilər daha yaxşı göstəriciləri olduğu üçün zirvədə qərarlaşıblar. “Aston Villa” isə 43 xalla 11-ci pillədə qalıb.

İngiltərə Premyer Liqası, 33-cü turun oyunu

10 may

Aston Villa – Liverpul 1:2
Qol
: D.Luis, 3 – Matip, 6. Mane, 65.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button