“Liverpul”dan ayrılacağı deyilən Salahla bağlı yeni xəbər

Son vaxtlar “Liverpul”dan ayrılacağı ilə bağlı xəbərlər yayılan Məhəmməd Salahla bağlı qərar verilib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu misirli futbolçu ilə yollarını ayırmayacaq. “Qırmızılar” Salahı satmağı planlaşdırmır. Futbolçunun çıxışından razı olan klub, Salahın da komandadakı vəziyyətindən razı qalması üçün çalışır. Son çempionun Salaha yeni müqavilə təklif etməsi də istisna edilmir.

Daha əvvəl yayılan xəbərlərdə “Liverpul”un Salahı satmaq istədiyi iddia edilirdi.

2017-ci ildən “Liverpul”da çıxış edən 28 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button