Liverpul” Salahla anlaşa bilmir

“Liverpul” misirli hühumçu Məhəmməd Salahla yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Komanda.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Salahın gələn yay – müqaviləsi başa çatdıqdan sonra komandadan azad agent kimi ayrılmasına razıdır.

2017-ci ildən “Liverpul”də çıxış edən 30 yaşlı futbolçu ötən mövsüm Premyer Liqanın ən yaxşı oyunçusu seçilib. O, son mövsümdə bütün turnirlərdə 51 oyuna çıxıb, 31 qol vurub, 16 məhsuldar ötürmə edib.