“Liverpul”dan tarixi rekord

“Liverpul” İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Lester”ə 3:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu qələbə “qırmızılar” üçün əlamətdar olub. Belə ki, “Liverpul” ardıcıl 64 oyundur ki, öz meydanında məğlub olmur. Bu, klub tarixinin rekordudur. Komandanın daha əvvəlki ən yaxşı göstəricisi 1978-1980-ci illər aralığında qeydə alınıb. Həmin vaxt Mersisayd klubu ardıcıl 63 oyunda məğlub olmayıb.

Bu göstəricidə İngiltərə çempionatının rekordu isə “Çelsi”yə məxsusdur. “Zadəganlar” 2004-2008-ci illərdə ardıcıl 86 oyunda məğlubiyyətin nə olduğunu bilməyib.

9 turdan sonra 20 xal toplayan “Liverpul” “Tottenhem”lə liderliyi bölüşür.