“Liverpul” onun üçün Lovrendən imtina edir

İngiltərənin daha bir klubu “Napoli”nin müdafiəçisi Xalidu Kulibalini heyətinə qatmağa çalışır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul” 29 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızılar” bu transfer üçün “Napoli”yə Deyan Lovreni təklif edəcək. Klubun hazırda transferlər üçün böyük məbləğdə pul ödəməyə hazır olmadığı, bunun üçün də komandanın planlarına daxil olmayan Lovreni transfer danışıqlarına daxil edəcəyi bildirilir.

Kulibalinin xidmətində “Mançester Siti” də maraqlıdır. Seneqallı futbolçunun “Napoli” ilə müqavilə müddəti 2023-cü ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button