“Liverpul” onu göndərir – Yenə Almaniyaya

“Liverpul” bir neçə gün əvvəl “Ştutqart”dan icarədən qaytardığı futbolçusu Nataniel Fillipsi yenidən göndərir.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu “Ştutqart”a qayıdır. Bu barədə Mersisayd klubunun saytı məlumat verib.

Müdafiəçinin mövsümün sonunadək 2-ci Bundesliqa klubunda forma geyinəcəyi bildirilir.

“Ştutqart” Fillipsi mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.