“Liverpul” onu itirdi

İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd klubunun qapıçısı Alisson Bekker zədələnib. O, Premyer Liqanın 4-cü turunda keçirilən “Aston Villa” ilə oyunda (2:7) komandasına kömək edə bilməyib. Oyundan bir gün əvvəl məşqdə zədələnən braziliyalı qolkiperin bir ay komandasına kömək edə bilməyəcəyi deyilir.

Dörd turdan sonra 9 xal toplayan “qırmızılar” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.