“Liverpul” onu 17 milyon avroya satmaq istəyir

“Liverpul”un futbolçusu Takumi Minamino bu yay İngiltərə klubunu tərk edəcək.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mersisaydlılar yaponiyalı futbolçunu təxminən 17 milyon avroya satmağı planlaşdırırlar.

Adı açıqlanmayan üç klubun “Liverpul”un hücumameyilli oyunçusu ilə maraqlandığı bildirilir.

27 yaşlı yaponiyalının “Liverpul”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Minamino ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin