“Mançester Siti” sürprizə imkan vermədi

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Everton” doğma azarkeşləri qarşısında “Bernli”ni qəbul edib və 2 cavabsız qolla məğlub olub.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Kardiff Siti” evdə “Kristal Pelas”a uduzub. Səfərdə “Bornmut”la qarşılaşan “Tottenhem” də turu məğlubiyyətlə başa vurub. “Vest Hem” “Sauthempton”u, “Vulverhempton” “Fulhem”i məğlub yola salıb.

Çempionluq uğrunda mübarizə aparan “Liverpul” bu turda “Nyukasl” səfərinə yollanıb və çətinliklə də olsa, 3 xal qazanıb.

Bazar günü daha üç görüş baş tutub. “Çelsi” “Uotford”la ev oyununda 3 cavabsız qolla qalib gələrək Çempionlar Liqasına vəsiqə qazanmaq yolunda önəmli addım atıb. Londonun digər təmsilçisi “Arsenal” isə “Brayton”la ev oyunundan xal itkisi ilə ayrılıb. Səfərdə “Haddersfild”in qonağı olan “Mançester Yunayted” də turu xal itkisi ilə başa vurub.

Lider “Mançester Siti” isə bu turda “Lester”i sınağa çəkib. Minimal hesabla qələbə qazanan meydan sahibləri sürprizə imkan verməyiblər və çempionluğa bir addım da yaxınlaşıblar.

İngiltərə Premyer Liqası, 37-ci tur

3 may

Everton – Bernli 2:0
Qol
: B.Mi, 17-öz qapısına. Koleman, 20.

4 may

Bornmut – Tottenhem 1:0
Qol
: Ake, 90.

Vest Hem – Sauthempton 3:0
Qol
: Arnautoviç, 16; 69. Frederiks, 72.

Vulverhempton – Fulhem 1:0
Qol
: Dendonker, 75.

Kardiff Siti – Kristal Pelas 2:3
Qol
: Kelli, 31-öz qapısına. Reyd, 90 – Zaha, 28. Batşuayi, 39. Tounsend, 70.

Nyukasl – Liverpul 2:3
Qol
: Atsu, 20. Rondon, 54 – Van Deyk, 13. Salah, 28. Oriqi, 86.

5 may

Çelsi – Uotford 3:0
Qol
: Loftus-Çik, 48. D.Luis, 51. İquayn, 75.

Haddersfild – Mançester Yunayted 1:1
Qol
: Mbenza, 60 – Maktominay, 8.

Arsenal – Brayton 1:1
Qol
: Obameyanq, 9-pen – Murrey, 61-pen.

6 may

Mançester Siti – Lester 1:0
Qol
: Kompani, 70.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 21 qol.