“Liverpul” transfer rekordu qıra bilər – Uruqvaylını almaqla

“Benfika”nın hücumçusu Darvin Nunyes “Liverpul”a keçə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul” 22 yaşlı uruqvaylını heyətinə qatmaq üçün transfer rekordunu qırmağa hazırdır.

Daha əvvəl xəbər verilmişdi ki, “Liverpul” artıq hücumçunun potensial transferi ilə bağlı Portuqaliya klubu ilə ilkin danışıqlar aparıb.

Nunyes ötən mövsüm “Benfika”nın heyətində 41 oyunda 34 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button