“Liverpul”la oyun karyeramdakı ən pis təcrübə idi” – Messi

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya kubokunun finalında “Valensiya” ilə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi, Çempionlar Liqasının yarımfinalında “Liverpul”a 0:4 hesabıyla məğlub olduqları oyun haqda da danışıb:

“0:4 hesablı nəticədən daha çox, oyunda lazım olan qədər mübarizə aparmadığımız üçün üzr istəməliyik. “Liverpul”la oyun karyeramdakı ən pis təcrübə idi.

Çempionlar Liqasında mübarizəni dayandırmağımızın mənim “Barselona”dakı gələcəyimə təsiri yoxdur. İspaniya kubokunu qazanaraq, mövsümü yaxşı bitirmək istəyirik”.

“Barselona” ilə “Valensiya” arasında İspaniya kubokunun final matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button