“Liverpul” məni təəccübləndirmir” – Silva

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Premyer Liqa və Çempionlar Liqası ilə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, əsas rəqibləri “Liverpul”la bağlı fikirlərini bölüşüb:

“Liverpul” məni təəccübləndirmir. Onlar dünyanın ən yaxşı komandalarından biridir və bu mövsüm daha güclü olacaqlarını bilirdik. Onların bir çox üstünlükləri var, kiçik detallar sayəsində hər şey onların istədiyi kimi getdi”.

Portuqaliyalı futbolçu, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real”la qarşılaşacaqları oyunla bağlı da danışıb:

“Real” çox yaxşı rəqibdir. Düşünürəm ki, bu oyuna hazırlaşmağın ən yaxşı yolu növbəti iki matçda qalib gəlmək, “Vest Hem” və “Lester”i məğlub etməkdir. Bununla da, komandanın özünəinamı yüksələr və “Real”a qarşı ən yaxşı şəkildə hazırlaşarıq. Çempionlar Liqasında, İngiltərə kubokunda, Federasiya kubokunda uğur qazansaq, mövsümü uğurla bitirə bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button