“Liverpul”un transferdə əsas hədəfi bilindi

“Liverpul” klubunun yay transfer pəncərəsi dövründəki əsas hədəfi bilinib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi “Vulverhempton”dan Adama Traoreni transfer etmək istəyir. Bu barədə “The Sun” nəşri məlumat yayıb. “Liverpul” hücumçu üçün 70 milyon avro təklif edəcək.

“Vulverhempton” “Mançester Yunayted” və “Mançester Siti”nin də yaxından maraqlandığı Traore üçün daha yüksək məbləğ tələb edir.

24 yaşlı futbolçunun “canavarlar”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.