“Liverpul” Liqa kubokundan uzaqlaşdırıla bilər

“Liverpul” klubu İngiltərə Liqa kubokundan uzaqlaşdırıla bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “Liverpul”un 1/16 final mərhələsinin “Milton Kins Dons”la matçında turnirdə iştirak etmək hüququ olmayan futbolçunu oynatmasıdır. Oyunçunun adı açıqlanmasa da, bununla bağlı artıq araşdırmalar başladılıb.

“Liverpul”un qanunsuzluq etdiyi təsdiqlənsə, komanda İngiltərə Liqa kuboku turnirindən uzaqlaşdırılacaq.

“Liverpul” turnirin 1/16 final mərhələsində “Milton Kins Dons”u 2:0 hesabıyla məğlub edib və 1/8 finala yüksəlib. Mersisayd təmsilçisi bu mərhələdə “Arsenal”a rəqib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button