“Liverpul”un daha bir futbolçusu sıradan çıxdı

“Liverpul” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Fabinyo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Midtyulland”la matçında (2:0) zədələnən Fabinyonun son durumu tibbi müayinədən sonra bilinəcək.

“Liverpul”da bir müddət əvvəl Vircil van Dayk da zədələnmişdi. Əməliyyat olunan niderlandlı müdafiəçi üçün mövsüm bitib.