“Liverpul” istəyinə çatdı

“Bavariya”nın futbolçusu Tyaqo Alkantaranın “Liverpul”un hədəfində olduğunu xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klublar arasında bu transferlə bağlı razılıq əldə olunub. Anlaşmaya görə, “qırmızılar” “Bavariya”nın tələb etdiyi 30 milyon avronu ödəyəcək. “Liverpul”un Alkantara ilə şəxsi danışıqları davam etdirdiyi və tezliklə razlığın əldə olunacağı bildirilir.

29 yaşlı futbolçunun “Liverpul”dan həftəlik 200 min avro tələb etdiyi deyilir.

Alkantaranın “Bavariya” ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button