“Liverpul” işçilərini tətilə göndərdi

İngiltərə Premyer Liqasının lideri “Liverpul” koronavirus pandemiyası ilə əlaqədar işçilərinin çoxunu məzuniyyətə buraxıb.

Komanda.az xəbər verir ki, “qırmızılar”ın rəsmi saytı vasitəsilə yayılan xəbərdə həmin işçilərin çalışmadığı dönəmdə də öz maaşlarını alacaqları diqqətə çatdırılıb.

Qeyd edək ki, Britaniyada sürətlə yayılan pandemiya ilə əlaqədar əksər Premyer Liqa təmsilçiləri işçilərinin çoxunu tətilə buraxıb. Klublardan bəzisi əməkdaşlarına çalışmayacaqları dönəm üçün maaş verməyəcəyini açıqlasa da, “Liverpul” fərqli addım atıb. Daha öncə “Bornmut” və “Nyukasl” da oxşar qərar çıxarmışdı.

“Liverpul” həmçinin futbolçularla və məşqçilər heyəti ilə maaşlarının azaldılması yönündə danışıqların getdiyini də açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button