“Liverpul”dan yeni rekord

“Liverpul” İngiltərə Premyer Liqasının 22-ci turunda “Tottenhem”i məğlub edib – 1:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bu mövsüm Premyer Liqada keçirdiyi 21 oyunda 20 qələbə qazanaraq, yeni rekorda imza atıb. Belə ki, “Liverpul” həm İngiltərə Premyer Liqasında, həm də Avropanın TOP-5 liqasında ilk 21 oyunda 20 qələbə qazanan birinci komanda olub.

Premyer Liqada ehtiyatda 1 oyunu qalan “Liverpul”, bu mövsüm yalnız “Mançester Yunayted”lə oyunda xal itirib – 1:1.

“Liverpul” hazırda Premyer Liqada 61 xalla liderdir. Mersisayd təmsilçisinin ən yaxın izləyicisi isə 45 xalla “Lester”dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button