“Liverpul”un “körpə”si

“Liverpul” İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində “Milton Kins Dons”u məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüş “Liverpul”un futbolçusu Harvi Elliot üçün əlamətdar olub. Belə ki, oyuna əsas heyətdə çıxan Elliot, “Liverpul” tarixində bir rəsmi görüşə start heyətdə meydana çıxan ən gənc futbolçu olub.

Elliot “Milton Kins Dons”la oyunda iştirak edən zaman 16 yaş 174 günlük idi.

Elliot “Liverpul”a bu yay “Fulhem”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button