İngiltərənin ən məşhur futbol klubu bilindi

“Liverpul” İngiltərənin ən məşhur futbol klubu seçilib.

Komanda.az xəbər verir ki, “YouGov”un keçirdiyi sorğuda ölkənin ən məşhur, ən sevilən komandaları məlum olub. Sorğuda iştirak edənlərin 8,3 faizinin səsini toplayan “Liverpul” İngiltərənin favorit klubu seçilib. İkinci sırada 6 faiz səslə “Mançester Yunayted”, üçüncü sırada isə 3,1 faiz səslə “Çelsi” qərarlaşıb.

“Liverpul” koronavirus səbəbiylə dayandırılan çempionatda 82 xalla turnir cədvəlinə liderlik edir.