Klopp 100-ə çatdı, Mourinyodan geri qaldı

“Liverpul” İngiltərə Premyer Liqasının 15-ci turunda “Everton”u məğlub edib – 5:2.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Liverpul”un çalışdırıcısı Yurgen Klopp üçün yubileylə əlamətdar olub. Belə ki, alman mütəxəssis Mersisayd təmsilçisi ilə Premyer Liqada 100-cü qələbəsini qazanıb. Klopp bu saya 159-cu oyununda çatıb.

Premyer Liqa tarixində 100 qələbə səddinə ən tez çatan isə Joze Mourinyodur. Portuqaliyalı mütəxəssis “Çelsi” ilə 142 oyuna 100 qələbə qazanıb.