“Liverpul” artıq çempionluğun qoxusunu hiss edə bilər” – MS-nin futbolçusu

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fernandinyo Premyer Liqadakı vəziyyətlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, “Liverpul”la olan çempionluq yarışı ilə bağlı bunları deyib:

“Bu, bizim üçün çox çətin vəziyyətdir. “Liverpul”a daha yaxın ola bilərdik. Bəlkə də, bir mövsümdə 4 kubok qazandıqdan sonra nələrinsə səhv getdiyinə inandıq. İdmanın əsas mahiyyəti qələbə üçün hər zaman mübarizə aparmaqdır. Bəzən olduğun vəziyyəti qəbul etməlisən. “Liverpul” haqqında çox düşünmürəm, onlar bizdən çox uzaqdadırlar. Əvvəlcə “Lester” haqqında düşünməliyik. “Liverpul” artıq çempionluğun qoxusunu hiss edə bilər”.

Premyer Liqada keçirdiyi 17 oyundan sonra 35 xal toplayan “Mançester Siti” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.