“Liverpul” Van Daykı milyonçu etmək istəyir

“Liverpul” futbolçusu Vircil Van Dayka yeni müqavilə təklif etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Mersisayd təmsilçisinin 28 yaşlı niderlandlı müdafiəçiyə yeni – 5 illik sözləşmə təklif edəcəyi bildirilir.

Hazırda “Liverpul”da həftəlik 125 min funt-sterlinq qazanan Van Dayk, yeni müqavilə ilə 150 min funt-sterlinq alacaq. Müdafiəçinin yeni sözləşməsində bonuslar da yer alır. Van Dayk “Liverpul”la razılığa gələcəyi halda, ümumilikdə 5 ilə 50 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.

2018-ci ildən “Liverpul”un şərəfini qoruyan Van Daykın hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.