“Liverpul”da 2 illik müqavilə

“Liverpul” futbolçusu Morqan Boysun müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Liverpul”un yetirməsi olan uelsli futbolçu ötən ilin dekabrında əsas komandada debüt edib.