“Liverpul” çempion adını qazana bilər, amma…”

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Cimi Karrager açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatla bağlı bunları deyib:

“Mövsümün nə vaxt bərpa olunacağı məni maraqlandırmır. Əsas məsələ, mövsümün tamamlanmamasıdır. “Liverpul”un davam edib, çempion olacağını hamımız bilirik. Bunun üçün onlar bir və ya iki oyun qalib gəlməlidirlər. Amma mövsümün bitməməsi səhv addım olar. Bəli, “Liverpul” çempion adını qazana bilər, amma bundan sonra hər zaman nəyinsə səhv olduğu hissini yaşayacağıq.

Bərpa vaxtı təyin olunduqdan sonra mövsüm tamamlanmalıdır”.

İngiltərə Premyer Liqası pandemiya səbəbiylə aprelin 30-dək dayandırılıb. Hazırda turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.