“Liverpul” çempion olsa… – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne “Liverpul”la aralarında olan çempionluq yarışı haqqında danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu “Liverpul” çempion olarsa, buna necə reaksiya verəcəklərini açıqlayıb:

“Liverpul” çempion olsa, bunu qəbul etməliyik. Düşünəcəyik ki, yaxşı mövsüm keçirməyimizə baxmayaraq, onlar daha yaxşı idilər və onları təbrik edəcəyik. Biz mümkün qədər yaxşı oynamağa çalışırıq. Amma sonda onlar çox xal toplasalar, deməli, çempionluğa daha çox layiq olarlar. Əlbəttə, hər zaman qazanmaq istəyirsən və bunda  uğur həmişə böyük rol oynayır. Qazanmaq üçün şansa ehtiyacınız var, hər zaman yaxşı formada olmağınız lazımdır, hər kəs bir hədəf üçün çalışmalıdır. Bunlar müxtəlif və əsas amillərdir.

Başqa mövsümdə biz rəqibimizi 10-12 xal qabaqlaya bilərdik, lakin bu il hər şey çox fərqli oldu. Mən bunu sevirəm, hər zaman rəqabət hiss etmək istəyirəm”.

Hazırda 56 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “şəhərlilər”, lider “Liverpul”dan 4 xal geridədirlər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button