“Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Everton” səfərdə “Aston Villa”nın qonağı olub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

“Çelsi” “Norviç” səfərinə yollanıb. Beş qolun qeydə alındığı matçda London təmsilçisi çətin qələbəyə sevinib.

“Mançester Yunayted” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb. “Qırmızı şeytanlar” Premyer Liqa tarixində ilk dəfə bu rəqibinə evdə məğlub olub.

Turun mərkəzi görüşündə “Liverpul” “Arsenal”ı qəbul edib. Meydan sahibləri bu görüşdə qonaq komanda üzrəində darmadağına seviniblər.

Son oyun günündə 3 qarşılaşma baş tutub. “Vulverhempton” – “Bernli” görüşündə qalib müəyyənləşməyib. “Tottenhem” doğma meydanda “Nyukasl”a minimal hesabla uduzub. Səfərdə “Bornmut”la qarşılaşan “Mançester Siti” isə inamlı qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 3-cü tur

23 avqust

Aston Villa – Everton 2:0
Qol
: Uesli, 21. El-Qazi, 90+5.

24 avqust

Norviç – Çelsi 2:3
Qol
: Kantuell, 6. Pukki, 30 – Abraham, 3; 68. Mount, 17.

Brayton – Sauthempton 0:2
Qol
: Djenepo, 55. Redmond, 90+1.

Mançester Yunayted – Kristal Pelas 1:2
Qol
: Ceyms, 89 – Ayyu, 32. Aanholt, 90+3.

Şeffild Yunayted – Lester 1:2
Qol
: Makberni, 62 – Vardi, 38. Barnes, 70.

Uotford – Vest Hem 1:3
Qol
: Qrey, 17 – Noble, 3. Haller, 64; 73.

Liverpul – Arsenal 3:1
Qol
: Matip, 41. Salah, 49-pen; 59 – Torreyra, 85.

25 avqust

Bornmut – Mançester Siti 1:3
Qol
: Uilson, 45+3 – Aquero, 15; 64. Sterlinq, 43.

Tottenhem – Nyukasl 0:1
Qol
: Joelinton, 27.

Vulverhempton – Bernli 1:1
Qol
: Ximenes, 90+7-pen – Barnes, 13.

Bombardir: Teemu Pukki (Norviç), Rahim Sterlinq (Mançester Siti) – 5 qol

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button