“Liverpul” 43 milyon avroluq transferə hazırlaşır

İngiltərə Premyer Liqasının son qalibi “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu “Vulverhempton”dan Dioqo Jotanın transferini tamamlamaq üzrədir. Klubun futbolçuyla şəxsi razılığa gəldiyi bildirilir. 23 yaşlı futbolçu “Liverpul”la 5 illik müqavilə üçün anlaşıb.

“Liverpul”un “Vulverhempton”la danışıqları davam etdirdiyi bildirilir. Klub bu transfer üçün “qırmızılar”dan 43 milyon avro tələb edir.

2018-ci ilin yayından “Vulverhempton”un şərəfini qoruyan portuqaliyalı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır.