“Liverpul” ÇL matçına itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Midtyulland”la (Danimarka) qarşılaşacaq “Liverpul” bu oyuna itkilərlə çıxacaq.

Komanda.az xəbər verir ki, bu barədə baş məşqçi Yurgen Klopp məlumat verib. “Qırmızılar” bu oyunda Tyaqo Alkantara, Joel Matip və Nabi Keytanın xidmətindən istifadə edə bilməyəcək.

Komandanın niderlandlı müdafiəçisi Vircil van Daykın isə uzun müddətə sıradan çıxdığı daha öncədən məlum idi.

“Liverpul” – “Midtyulland” oyunu bu gün, saat 00:00-da start götürəcək.