“Liverpul” 19 yaşlı futbolçunun izində

“Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyo bu yay klubunu dəyişə bilər.

Komanda.az “The Times”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Liverpul”a keçməyə yaxındır.

“Liverpul” 19 yaşlı futbolçunu bu ilin yanvarında heyətinə qatmağa çalışsa da, transfer pəncərəsi bağlanana qədər onun keçidini həll etməyə vaxt tapmadı.

Karvalyo 2020-ci ildən “Fulhem”in əsas komandasında forma geyinir. O, Portuqaliyada anadan olsa da, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button