“Liverpul” 10 ildir ki…

“Liverpul” İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsi çərçivəsində “Everton”a 1:0 hesabıyla qalib gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızılar” 10 ildir “Everton”la oyunda məğlub olmur. 21 oyundur ki, Mersisayd derbilərində məğlub olmayan komanda, bu matçlarda 11 qələbə, 10 bərabərliklə yadda qalıb.

Bundan başqa, “Liverpul” 1999-cu ildən bəri “Enfild Roud”da rəqibinə məğlub olmayıb. “Liverpul” həmin vaxtdan keçirdiyi 23 oyunda 13 qələbə, 10 heç-heçə əldə edib.

1986/87-ci illər mövsümündən bəri  ilk dəfə “Liverpul” bir mövsümdə iki dəfə “Everton”u məğlub etməyi bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button