“Liverpul”un Mbappe planı

Son zamanlar adı müxtəlif klublarla yanaşı çəkilən PSJ-nin hücumçusu Kilian Mbappe daha bir klubun hədəfindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Liverpul” 21 yaşlı futbolçunu transfer edə bilər. Mersisayd klubu futbolçusu Sadio Manenin “Real”a keçəcəyi halda, “Liverpul” onun boşluğunu Mbappe ilə doldurmağa çalışacaq.

“Real”ın cari mövsümün sonunda Maneni transfer etmək üçün hərəkətə keçəcəyi bildirilir.

PSJ ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulan Mbappe, cari mövsümdə iştirak etdiyi 20 oyunda 18 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button