Millinin sabiq üzvü vəfat etdi – 36 yaşında

Litva milli komandasının sabiq futbolçusu Maryus Jalyukas vəfat edib.

Komanda.az TASS-a istinadən xəbər verir ki, Jalyukas 36 yaşında vəfat edib. Maryusun ölüm səbəbləri açıqlanmayıb.

Mərhum futbolçu karyerası ərzində Litvada “İnkaras”, “Kaunas”, “Jalqiris”, Şotlandiyada “Reyncers”, İngiltərədə isə “Lids” klubunun formasını geyinib.