Liqa 1 matçı təxirə salındı – Koronavirusa görə

Futbol üzrə Fransa çempionatının 9-cu turu çərçivəsində keçirilməli olan “Olimpik” (Marsel) – “Lans” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın təxirə salınmasına qonaq komandada koronavirusa kütləvi yoluxmaların qeydə alınması səbəb olub. Belə ki, “Lans”ın 10-dan çox futbolçusunda koronavirus aşkarlanıb. Bu üzdən də matçın təxirə salınmasına qərar verilib.

Qeyd edək ki, sözügedən matç oktyabrın 30-da keçirilməli idi.

Daha öncə eyni səbəbdən “Lans”ın 8-ci tur çərçivəsində oktyabrın 25-nə nəzərdə tutulan “Nant”la oyunu da təxirə salınmışdı.

8 turdan sonra 4-cü yerdə qərarlaşan “Olimpik” (Marsel) şərikli liderlər PSJ və “Lill”dən 3 xal geri qalır. “Lans” isə 7-ci pillədə qərarlaşıb.