Liqa 1 klubunu “Zalsburq”a dəyişdi

Avstriyanın “Zalsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Lion “Olimpik”indən Umar Soleni transfer edib.

Bu barədə Avstriya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı fransız müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Fransa klubuna bu transferə görə 4.5 milyon avro ödənilib.

Karyerasına “Laval”da başlayan və Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Sole, Lion klubuna 2018-ci ildə transfer olunmuşdu. O, “Olimpik”in əsas komandasında cəmi dörd rəsmi oyuna çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button