Liqa 1 klubunda yeni baş məşqçi

Fransanın “Dijon” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Liqa təmsilçisini bundan sonra Stefan Jobar çalışdıracaq. Bu barədə elita klubunun rəsmi saytı məlumat yayıb.

Yeni baş məşqçi 2 illik müqaviləyə imza atıb. O, baş məşqçi postunda bu yay istefaya göndərilən Antuan Kombuareni əvəz edib.

Jobar futbolçu karyerası dövründə də “Dijon”da oynayıb. O, karyerasını başa vurduqdan sonra isə bu klubun aşağı yaş qrupu üzrə komandalarında çalışıb. 48 yaşlı fransalı mütəxəssis Marsel “Olimpik”ində baş məşqçi Rudi Qarsiyanın köməkçisi kimi də fəaliyyət göstərib.